RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

İnstitutun əməkdaşı Gənclər üçün Prezident Mükafatına layiq görülüb

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun əməkdaşı, İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasında dissertantura tədqiqatlarını həyata keçirən Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı 2024-cü ilə aid Gənclər üçün Prezident Mükafatına layiq görülmüşdür.

Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı 2013-cü ildə Bakı Mühəndislik Universitetinin Fizika fakültəsinin ingilis bölməsi ixtisasına qəbul olmuş və 2018-ci ildə bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2019-cu ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “Radiasiya materialşünaslığı” ixtisası üzrə magistraturaya qəbul olunmuş və 2021-ci ildə fərqlənmə diplomu ilə magistr dərəcəsi almışdır.