RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

“İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı Respublika Elmi-Texniki Konfransının yekun iclası keçirilib

“Şuşa ili”nə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı Respublika Elmi-Texniki Konfransının yekun iclası keçirilib.

Mədəniyyətimizin beşiyi sayılan tarixi Şuşa şəhərində keçirilən yekun iclasda əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şanlı qələbələri ilə bizlərə qürur verən Azərbaycan ordusunun 44 günlük Zəfər yolundan, Şuşa şəhərinin tarixindən söhbət açılıb.