RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Kəlbəcərdə radon qazının yüksək səviyyəsi aşkar edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu Kəlbəcər rayonunda apardığı ölçmə və yoxlamalar nəticəsində bəzi ərazilərdə radiasiya səviyyəsinin yüksək olduğunu aşkar edib.

Bu barədə “Report”a AMEA-dakı mənbə məlumat verib.

Onun sözlərinə görə, ölçmələr zamanı Dəlidağın bir tərəfində radon qazının səviyyəsinin çox yüksək olması müəyyən edilib: “Dəlidağın digər tərəfində isə belə yüksək radiasiya aşkar edilmədi. Bu səbəbdən də həmin ərazidən çıxan sulardan birbaşa istifadə tövsiyə edilmir. Yerin təkindən çıxan bu qazı təmizləmək üçün isə həmin su mütləq bir hovuza yığılmalıdır və bir neçə gün ərzində radon özü suyun tərkibindən ayrılıb uçacaq. Müalicə məqsədi ilə istifadə edilən su vannalarında cüzi miqdarda radon olması normaldır, amma radionun qarışdığı suyun içilməsi qadağandır”.