RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Müzəffər ordumuzun Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr olunan tədbir keçirilib

AMEA-nın Radiasiya Problemləri İns­ti­tu­tunda müzəffər Azərbaycan ordusunun Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr olunan tədbir keçirilib.

Vətən müharibəsində şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edidikdən sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov qeyd edib ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun sent­yab­rın 27-dən başlayan əks hücum əməliyyatı 44 gün ərzində 30 ilin həsrətinə son qoyub, haqq savaşımız bizim böyük zəfərimizlə başa çatıb və işğal altında qalan torpaqlarımız əsl sa­hibinə qayıdıb.