İçindəki
Elmlər doktorları
Prezident nümunəsi və mənəvi məsuliyyətimiz

Qlobal böhrana çevrilmiş COVID-19 pandemiya hadisəsi xalqları və ölkələri gözlənilməz bəlaya düçar edib. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət xalqımızın bu ağır bəladan ən az itkilərlə çıxmasına şərait yaradıb. Eyni zamanda, dövlətimizin başçısının böyük səyləri nəticəsində ölkəmizdə bu çətin şəraitdə normal həyat ritmləri də təmin edilib. Prezident İlham Əliyevin pandemiya dövründə apardığı müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurub. Ölkəmizin Prezidenti koronavirusla mübarizə şəraitində dünya dövlətlərinin qarşılıqlı əməkdaşlığı və həmrəyliyi vasitəsilə qlobal böhrana qarşı birgə mübarizə aparmağın nümunəsini göstərir.