İçindəki
Elmlər doktorları
Qədim tarixi abidələrin, əşyaların yaşını necə müəyyən etmək olur? - ARAŞDIRMA

Yaştəyini: Radioizotop tarixləndirmə metodları ilə…
Maddi-mədəni irs nümunələrinin və geoloji süxurların yaşının dəqiq müəyyən olunması arxeologiya və geologiya elmləri üçün olduqca vacibdir və bu məqsədlə müxtəlif üsullar, o cümlədən də radioizotop metodlar son illərdə geniş tətbiq olunur. Arxeoloji tapıntıların yaşının radiokarbon metodu ilə təyini ilk dəfə amerikalı alim V. Libbi tərəfindən 1950-ci ildə həyata keçirilmiş və bu işinə görə o, 1960-cı ildə Nobel mükafatına layiq görülmüşdür. Sonrakı dövrlərdə bu metod daha da inkişaf etdirilmiş və təkmilləşdirilmişdir. Hazırda dünya üzrə bu istiqamətdə tədqiqatlar aparan yüzlərlə laboratoriya var və sözügedən tədqiqatlar vasitəsi ilə arxeoloji tapıntıların yaşı təyin edilir, alınmış nəticələr isə ixtisaslaşmış beynəlxalq jurnallarda çap olunur ...