İçindəki
Elmlər doktorları
Radiasiya Problemləri İnstitutu yeni əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu (RPİ) ilə Geologiya və Geofizika İnstitutu (GGİ) arasında elmi əməkdaşlığa dair üçillik müqavilə imzalanıb.
Sözügedən sənədi Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev və Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə imzalayıblar.
Qeyd edək ki, tədbirdə Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, İnstitutun elmi katibi, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, “Radiokimya və Radioprotektorlar” laboratoriyasının müdiri, kimya elmləri doktoru, dosent Xaqani Məmmədov, “Radioekologiya” laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov, “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyasının baş elmi işçisi, fizika elmləri doktoru, dosent Elçin Hüseynov da iştirak edib.