İçindəki
Elmlər doktorları
Radiasiya Problemləri İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı və İnstitut Həmkarlar Təşkilatının dəstəyi ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev gənc alim və mütəxəssisləri bu əlamətdar bayram günü münasibəti ilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İ.Mustafayev bildirib ki, gənclərlə bağlı ölkəmiz tərəfindən aparılan siyasət Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.