İçindəki
Elmlər doktorları
Radiasiya Problemləri İnstitutunda multidisiplinar tədqiqatlar aparılır

Radiasiya Problemləri İnstitutu ionlaşdırıcı şüaların neft məhsullarına, ətraf mühitə, canlılara təsirinin, enerji çevrilmələrinin qanunauyğunluqlarının tədqiqi, habelə radiasiya texnologiyalarının tətbiqi ilə yeni və əvvəlcədən verilmiş xassələrə malik materialların alınması və modifikasiyası məqsədilə 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində yaradılıb. Son 53 ildə bu institutda kimyaçılar, fiziklər və bioloqlar unikal elektron sürətləndiriciləri, güclü qamma-radioaktiv mənbələr, müasir radioekoloji monitorinq və analitik cihazlar, habelə digər texniki vasitələrdən istifadə etməklə multidisiplinar xarakter daşıyan tədqiqatlarla məşğul olurlar. Dövrün tələblərinə uyğun olaraq bu tədqiqatların prioritetləri müasirləşdirilib, atom-hidrogen energetikası, radiasiya sterilizasiyası, radioprotektorların alınması, radiasiya cihazqayırma və müasir çağırışlara cavab verən digər istiqamətlər də prioritetlərə əlavə olunub.