İçindəki
Elmlər doktorları
Radiasiya Problemləri İnstitutunda Müstəqilliyin bərpası günü münasibəti ilə tədbir keçirilib

17 oktyabr 2023-cü il tarixində Radiasiya Problemləri İnstitutunda Müstəqilliyin bərpası günü münasibəti ilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə ilk öncə Qarabağ müharibəsində şəhid olan övladlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilmiş, sonra isə respublika himni çalınmışdır.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru İ.Mustafayev müstəqilliyin bərpası gününün əhəmiyyətindən danışmış, ölkəmizi bu günə aparan yol xəritəsini təqdim etmişdir. Sonra söz institutun icraçı direktoru R.Mehdiyevaya verilmişdir. O, bu gün ölkəmizin müstəqilliyinin bərpası gününə müstəqilliyin tam və qəti qələbəsi ilə gəldiyimizi söyləmiş, cənab Ali Baş Komandanın 15 oktyabr tarixində Xankəndidə Azərbaycan Respublikasının üç rəngli bayrağını qaldırması ilə ölkəmizin müstəqilliyinin tam bərpa olunduğunu söyləmişdir.