İçindəki
Elmlər doktorları
Radiasiya Problemləri İnstitutunun alimləri cənub bölgəsində yeni monitorinqlər aparıblar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) əməkdaşları - fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova və Qeys İbrahimov cənub bölgəsində yeni monitorinqlər aparıblar.
Bölgənin transsərhəd çaylarında, Biləsuvar rayonunda yerləşən Balharı su anbarında, Balharu çayında, Yardımlı rayonunda yerləşən Təkdam şəlaləsində, Masallı rayonunda yerləşən İstisuda, həmçinin Pensərçayın Astara rayonundan keçən hissəsində icra olunan monitorinqlərdə suyun tərkibində və dib çöküntülərində radioekoloji müşahidələr aparılıb, eləcə də kimyəvi tədqiqatlar üçün nümunələr götürülüb.