RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

“Radiasiya təhlükəsizliyi” dərsliyinin təqdimatı keçirilmişdir

     Radiasiya Problemləri İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti müəllimlərinin birgə səyi ilə hazırlanmış “Radiasiya təhlükəsizliyi” dərsliyinin təqdimatı keçirilmişdir. Tədbirdə İnstitut əməkdaşları ilə yanaşı ADNSU-nun, AzMİU-nun və Azərbaycan Texniki Universitetinin uyğun kafedra müdirləri və müəllimləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev ali texniki məktəblərdə “Həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə təhsil alan tələbələr və mühəndis-texniki mütəxəssislər üçün nəzərdə tutulmuş kitabın məzmunu haqqında təqdimat iştirakçılarına məlumat verib.