RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Rusiya Elmlər Akademiyasının prezidenti Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə tanış olub

Azərbaycanda səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-də Dövlət İmtahan Mərkəzində (DİM) olub.

Nümayəndə heyətinin tərkibinə REA-nın vitse-prezidenti, akademik Yuriy Baleqa, prezidentin müşaviri, hüquq elmləri doktoru Rəşad Qurbanov, prezidentin Katibliyinin rəisi Valeriya Belyanina və REA-nın Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Olqa Qluxovtseva daxildir.