RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Tələbələr və Magistrantlar təcrübə keçirlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə əsasən istehsalat təcrübəsi keçəcək universitet tələbələri ilə görüş keçirilib.

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin və Azərbaycan Texniki Universitetinin bakalavr pilləsi üzrə təhsil alan tələbələri Radiasiya Problemləri İnstitutunda 3 ay müddətində istehsalat təcrübəsi keçəcəklər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantları isə Radiasiya Problemləri İnstitutunun elmi-tədqiqat laboratoriyalarında 4 həftə müddətində elmi-tədqiqat təcrübəsində olacaqlar.