RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Törədilən təxribatlar Ermənistanın təcavüzkar mahiyyətini bir daha ortaya qoydu

Ermənistanın ölkəmizə qarşı yürütdüyü davamlı təcavüzkar siyasətdə zaman və məkan baxımından heç bir qanunauyğunluğa tabe olmayan ikili standartlar, həmçinin genetik işğalçılıq vərdişinə sıx bağlılıq tendensiyaları dünyanı təccübləndirməyə davam edir. Belə ki, “Bişkek protokolu” ilə əlaqədar 26 illik zaman diapazonunda işğalçı qonşumuzun dəfələrlə və həyasızcasına atəşkəsi pozması, eləcə də təkcə zəbt altında saxladığı Dağlıq Qarabağ və ona qonşu 7 rayonda deyil, yüzlərlə km uzaqlıqda yerləşən Azərbaycanın digər rayonlarında mənfur siyasətini həyata keçirməsi artıq ənənə halını almışdır. Lakin Azərbaycan xalqı və onun müzəffər ordusu öz düşmənini yaxşı tanıdığı üçün həmişə onun alçaq həmlələrinə layiqli cavabı anında vermişdir.