RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Uzaqgörən alim, bacarıqlı elm təşkilatçısı, nəcib insan

Mehdiyeva Rəvan Nadir qızı 1955-ci il mart ayının 1-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində ziyalı ailəsində anadan olub. 1972-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək həmin il Azərbaycan Dövlət Universitetinin fizika fakultəsinə daxil olub. 1977-ci ildə həmin Universiteti fizik ixtisası üzrə müvəffəqiyyətlə bitirərək AMEA Radiasiya Tədqiqatları Sektorunun “Kimyəvi fizika” laboratoriyasında əmək fəaliyyətinə başlayıb.