İçindəki
Elmlər doktorları
Radiasiya Problemləri İnstitutunun əməkdaşları TURAN25 beynəlxalq simpoziumunda iştirak ediblər

23-25 iyun 2025-ci il tarixləri arasında Türkiyənin İstanbul şəhərində, Yıldız Texniki Universitetində Fundamental Elmlər üzrə TURAN beynəlxalq simpoziumu (TURAN25) keçirilib.
Qeyd edək ki, TURAN25 “Bir millət, iki dövlət” devizi altında təşkil olunmuş, elm və təhsil işçiləri arasında əməkdaşlığı və akademik əlaqələri inkişaf etdirərək bütün türk dövlətlərindən hörmətli akademik və tədqiqatçıları bir araya gətirmək məqsədi daşıyır. Almaniya, Azərbaycan, Əlcəzair, Çin, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Rusiya və Türkiyənin 10 ölkəsindən 50-dən çox universitetin biologiya, fizika, ekologiya və riyaziyyat sahələrində fəaliyyət göstərən elm adamlarının iştirak etdiyi simpoziumda Azərbaycan nümayəndə heyəti geniş tərkibdə iştirak edib.
Simpoziumda Radiasiya Problemləri İnstitutunun əməkdaşları — fizika üzrə fəlsəfə doktorları, dosentlər Əminə Mikayılova və Rəxşanə Məmişova, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva, biologiya üzrə fəlsəfə doktoru Nərmin Quliyeva, fizika üzrə fəlsəfə doktoru Aydan Xalıqzadə, Aida Əzizova və Sənəm Vəliyeva iştirak edib, apardıqları tədqiqatların nəticələrini məruzə ediblər. Məruzələr Simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.