İçindəki
Elanlar
ELAN
Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin magistratura səviyyəsində 2023/2024–cü tədris ilinin yaz semestrində müvafiq ixtisaslar üzrə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!
Müsabiqədə ən azı üç il ali təhsil pilləsində pedaqoji təcrübəyə və (və ya) sahə üzrə iş təcrübəsinə malik magistr və daha yüksək elmi dərəcəsi olan, tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə təhsilə, hərtərəfli biliyə və müasir ədəbiyyatla tanışlığa malik, mükəmməl səviyyədə İKT və innovativ tədris metodlarını tətbiq edən, eyni zamanda müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran, geniş dünya görüşü və SABAH qruplarında müvafiq fənni tədris etməsi üçün xüsusi motivasiyası olan namizədlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün son müraciət tarixi – 16.01.2024-cü il, 23:59
Müsabiqə barədə ətraflı məlumatı linkə (https://shorturl.at/byU18) "Tədbirlər və elanlar" bölməsindən daxil olaraq əldə edə bilərsiniz.
Qeydiyyatınızı tamamladıqdan sonra sənədlərinizin (şəxsiyyət vəsiqəsi, diplomlar və onların nostrifikasiyası, pedaqoji və iş təcrübəsi ilə bağlı müvafiq arayış və ya əmək kitabçası, sertifikat, CV) surətlərini master_teacher@sabah.edu.az ünvanına göndərməyiniz tələb olunur.
ELAN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qruplarında (bakalavriat) 2023/2024–cü tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!
Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün son müraciət tarixi – 16.01.2024-cü il, 23:59
Müsabiqə barədə ətraflı məlumatı linkə (https://shorturl.at/uwAV1) "Tədbirlər və elanlar" bölməsindən daxil olaraq əldə edə bilərsiniz.
ELAN
29.12.2023-cü il tarixində saat 1500-da AR ETN Radiasiya Problemləri İnstitutunda Həcər Nohbala qızı Şirəliyevanın FD 1.22 Dissertasiya şurası nəzdində 2305.01–"Nüvə kimyası" ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Radionuklidlərlə çirklənmiş torpaqlarin təmizlənməsi proseslərinin tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcək.
Online qoşulma zoom platforması üzərindən olacaq.
https://us06web.zoom.us/j/3914224501?pwd=f2VWcFCwJ3MI0EbWbuO3hwXztIE3z9.1
ID: 391 422 4501
Password: mDCW28
ELAN
Radiasiya Problemləri İnstitutu laboratoriyalar üzrə aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:
1. “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyası
Baş elmi işçi – 1şt. vah.
2. “Polimer və elektroaktiv materialların radiasiya fizikası laboratoriyası” laboratoriyası
Aparıcı elmi işçi – 1şt. vah.
3. “Polimer və elektroaktiv materialların radiasiya fizikası laboratoriyası” laboratoriyası
Böyük elmi işçi – 1şt. vah.
Müsabiqədə uyğun sahə üzrə ixtisaslı və təcrübəli mütəxəssislər iştirak edə bilər.
Sənədlər, Elan, İnstitutun saytına yerləşdirildikdən sonra bir ay müddətində, aşağıdakı ünvana təqdim edilməlidir:
AZ-1143, Bakı şəhəri, Bəxtiyar Vahabzadə, 9;
Radiasiya Problemləri İnstitutu
ELAN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu 1-15 dekabr 2023-cü il tarixlərində qış imtahan sessiyasında aşağıdakı ixtisas fənlərindən doktorluq imtahanları keçirəcəkdir.
1) 2225.01 – Radiasiya materialşünaslığı (fizika üzrə, kimya üzrə)
2) 2305.01 – Nüvə kimyası
3) 2226.01 – Radioekologiya
ELAN
29 sentyabr 2023-cü il tarixində saat 1400-da İnstitutun akt zalında Türkiyə respublikasının Bolu Abant Izzet Baysal adına Universitetinin Beynəlxalq Yarımkeçiricilər komandasının professoru, doktor ERSAN YILMAZın “Sensor Texnologiyalarında İnnovasiya və Mükəmməllik” mövzusunda ustad mühazirəsi olacaqdır.
Bu sahədə çalışan əməkdaşlar və maraqlananlar seminara dəvət olunurlar.
ELAN
Radiasiya Problemləri İnstitutu laboratoriyalar üzrə aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:
1. “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyası
Baş elmi işçi – 1şt. vah.
2. “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyası
Aparıcı elmi işçi – 1şt. vah.
3. “Radiokimya və radioprotektorlar” laboratoriyası
Elmi işçi – 1şt. vah.
4. “Radiobiologiya” laboratoriyası
Elmi işçi – 1şt. vah.
5. “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyası
Kiçik elmi işçi – 1şt. vah.
6. “Qamma şüalandırma kompleksi”
Kiçik elmi işçi – 1şt. vah.
Müsabiqədə uyğun sahə üzrə ixtisaslı və təcrübəli mütəxəssislər iştirak edə bilər.
Sənədlər, Elan, İnstitutun saytına yerləşdirildikdən sonra bir ay müddətində, aşağıdakı ünvana təqdim edilməlidir:
AZ-1143, Bakı şəhəri, Bəxtiyar Vahabzadə, 9;
Radiasiya Problemləri İnstitutu
ELAN
2023-ci il sentyabr ayının 21-də saat 1400-da Radiasiya Problemləri İnstitutunun dissertantı Aydan Şahin qızı Xalıqzadənin 2225.01 - "Radiasiya materialşünaslığı" ixtisası üzrə “Yb İLƏ AŞQARLANMIŞ GaS MONOKRİSTALININ ELEKTROFİZİKİ VƏ OPTİK XASSƏLƏRİNƏ QAMMA ŞÜALANMANIN TƏSİRİ” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin ixtisaslaşdırılmış müdafiə şurasında müzakirəsi keçiriləcəkdir.
Online qoşulma Zoom platforması üzərindən olacaq.
Konfransın identifikatoru: 404 189 8581
Kodu: wfd5ET
ELAN
Hörmətli həmkarlar
Cari ilin sentyabr ayında Bakıda nüvə kriminalistikası istiqamətində yay məktəbi keçiriləcəkdir. Bu tədbir STCU tərəfindən artıq elan olunmuşdur (linkləri aşağıda qeyd edilmişdir).
Tədbirdə xarici GUAM ekspertləri, Aİ və ABŞ Energetika Departamentinin nümayəndələri də iştirak edəcəkdir.
www.stcu.int
Facebook
LinkedIn
İnstitumuzun magistrləri və gənc alimləri bu informasiyadan faydalana və tədbirdə iştirak edə bilərlər.
Əlavə məlumat üçün “İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının əməkdaşı Azər Sadıqova müraciət edə bilərsiniz.
ELAN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun təşkilatçılığı ilə 04-05 may 2023-cü il tarixlərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Radiasiya texnologiyaları və onun tətbiqləri" mövzusunda Respublika elmi-texniki konfransı keçiriləcək.
Konfransa qeydiyyat və tezislərin son qəbul tarixi: 25 aprel 2023
ELAN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu aşağıdakı laboratoriya rəhbərləri və şöbə müdiri vəzifələrini tutmaq üçün müsabiqə elan edir:
1. “Radiobiologiya” laboratoriyası üzrə:
- Laboratoriya rəhbəri vəzifəsi – 1şt.vah.
2. “Bərpa olunan enerji növlərinin çevrilməsi” laboratoriyası üzrə:
- Laboratoriya rəhbəri vəzifəsi – 1şt.vah.
3. “Layihiyələndirmə-konstruktor” şöbəsi üzrə:
- Şöbə müdiri vəzifəsi – 1şt. vah.
Müsabiqədə uyğun sahə üzrə ixtisaslı və təcrübəli mütəxəssislər iştirak edə bilər.
Sənədlər bu elan dərc olunduqdan sonra bir ay müddətində, aşağıdakı ünvana təqdim edilməlidir:
AZ-1143, Bakı şəhəri, Bəxtiyar Vahabzadə, 9; telefon – 539 33 91; 538 32 24
Radiasiya Problemləri İnstitutu
ELAN
22.12.2022-ci il tarixində saat 1000-da AMEA RPİ-nin nəzdində yaradılmış BFD 3.07 saylı Birdəfəlik müdafiə şurasında dissertant Vəlicanova Mehriban Zəbulla qızının “Radiasiya və duz streslərinin təsirinə məruz qalmış noxud və qarğıdalı bitkilərində antioksidant müdafiə sisteminin tədqiqi” mövzusunda 2418.01 – “Radiobiologiya” ixtisasından biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
Online qoşulma zoom platforması üzərindən olacaq.
Konfransın identifikatoru: 914 894 0687
Kodu: amea2021



