İçindəki
Elmi Şura
AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Elmi Şurası haqqında məlumat
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun elmi şurası İnstitutun direktorundan, onun elmi işlər üzrə müavinindən, elmi katibdən və institutun aparıcı alimlərindən ibarət qurumdur. Elmi şuraya İnstitutun direktoru rəhbərlik edir. Elmi Şuranın iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. Elmi Şura institutun elmi tədqiqat işlərinin prioritet istiqamətlərini müzakirələr yolu ilə müəyyənləşdirir, laboratoriyaların elmi-tədqiqat işləri haqqında illik hesabatını dinləyir və qiymətləndirir, İnstitutda aparılan müxtəlif elmi araşdırmalar əsasında hazırlanmış məqalələrin müzakirəsini keçirir və nəşrinə icazə verir. İnstitutda laboratoriyaların yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir, professor və dosent elmi adlarının verilməsi, laboratoriya rəhbərlərinin seçilməsi və geri çağrılması, fəxri adların verilməsi haqqında Elmi Şuranın qərarları müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir. Elmi Şuranın qərar çıxarması üçün keçirilən iclasda onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 2/3 hissəsi müzakirə olunan məsələnin lehinə səs verərsə qərar qəbul olunmuş hesab edilir.
Sədr:
1.
Sədr müavini:
Katib:
Üzvlər:



