RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Əsas səhifə

[26.02.2026]

Fizika İnstitutu PHŞ-də Xocalı soyqırımına həsr olunmuş tədbir keçiril...

26.02.2026-cı il tarixində Fizika İnstitutu PHŞ-də Xocalı qətliamının 34-cü ildönümü münasibəti ilə tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının himninin səslənməsi ilə açılmış, Xocalı, eləcə də Qarabağ münaqişəsi zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan institutun direktoru vəzifəsini icra edən professor E. Hüseynov bildirdi ki, 34 il bundan əvvəl Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə erməni hərbi birləşmələri 2500 nəfər əhalinin yaşadığı Xocalı şəhərinə hücum etmiş, dinc əhaliyə qarşı misli görünməm...

[25.02.2026]

İnstitutda “Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş tədbir keçirili...

25.02.2026-cı il tarixində Radiasiya Problemləri İnstitutunda növbəti tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq ili” elan edilməsinə həsr olunmuşdur. Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru Rəvan Mehdiyeva tədbir iştirakçılarını Sərəncamla tanış etmiş və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının 2026-cı ilin may ayında Bakı şəhərində keçiriləcəyi haqda məlumat vermişdır. Yüksək beynəlxalq əhəmiyyətə malik bu mötəbər tədbirə ev...

[02.02.2026]

Fizika İnstitutunda Gənclər Günü qeyd olunub

2 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun direktor v.i.e., fizika elmləri doktoru, professor Elçin Hüseynov açaraq əməkdaşları Gənclər Günü münasibətilə təbrik edib. Professor Elçin Hüseynov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumu keçirilib. Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi rəsmiləşdirilib ...

[19.01.2026]

Radiasiya Problemləri İnstitutunda "20 Yanvar - Ümumxalq Hüzn Günü"nə ...

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda ümumxalq hüzn gününə, “20 Yanvar” faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. 1990-cı ildə Vətənin azadlığı, müstəqilliyi uğrunda canını qurban verənlərin əziz xatirəsi hörmət və etiramla yad edilmişdir. Xalqımıza qarşı törədilmiş bu cinayətin canlı şahidləri olan institut əməkdaşları-Bəxtiyar Nəcəfov, Nizami Rzayev, Oktay Salamov və b. “Qanlı Yanvar” qətliamından 36 il ötsə də o dəhşətli günləri bu günkü kimi xatırlayıb, öz xatirələrini danışdılar. “20 Yanvar”ın hüzn günü ilə bərabər, həm də qürur v...

[26.12.2025]

Elm və Təhsil Nazirliyinin nəzdində elmi-tədqiqat müəssisələrinin yeni...

      4 aprel 2025-ci il tarixində, Azərbaycan Respublikası Prezidentinin 545 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Radiasiya Problemləri İnstitutu və Fizika İnstitutu ləğv edilmişdir. Onların yerində həmin Nazirliyin tabeliyində yeni qurum — Fizika İnstitutu Publik Hüquqi Şəxs yaradılmışdır. Bu struktur dəyişiklikləri elmi-tədqiqat mərkəzlərinin optimallaşdırılması çərçivəsində həyata keçirilmiş, məqsəd institusional səmərəliliyin artırılması, elmi fəaliyyətin koordinasiyasının gücləndirilməsi və ...

[19.12.2025]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın iclası keçirilib

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası baş tutub. İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü İ.Mustafayev giriş sözü ilə açıb və Elmi Şuranın gündəliyində olan məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. Toplantıda institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyevanın İnstitutun illik hesabatı haqqında məruzəsi dinlənib və cari fəaliyyətlə bağlı məlumat verilib. İclasda bir sıra elmi və təşkilati məsələlər də müzakirə olunub. Radiobiologiya laboratoriyasının aparıcı elmi işçisi, dosent Nizami Rzayevin “Çaytikanı” ...

[16.12.2025]

Radiasiya Problemləri İnstitutunda süni intellektin elmi fəaliyyətə tə...

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutu (RPİ) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “Süni intellektin məqalələrin və elmi məruzələrin tərtib olunmasında tətbiqi” mövzusunda elmi seminar təşkil olunub. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev iştirakçıları salamlayaraq süni intellektin müasir elmi fəaliyyətə gətirdiyi yeniliklərdən bəhs edib. O, bu texnologiyanın elmi məqalələrin hazırlanması, məruzələrin strukturlaşdırılması və tədqiqat nəticələrinin daha səmərəli təq...

[10.12.2025]

Radiasiya Problemləri İnstitutunda iqlim dəyişikliyinin təsirlərinə da...

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “İqlim dəyişikliyi kontekstində gender bərabərliyi: qadınların hüquq və imkanlarının gücləndirilməsi” mövzusunda təlim təşkil olunub. Təlimi giriş sözü ilə açan İnstitutun icraçı direktoru, İnstitut Qadınlar Şurasının sədri dosent Rəvan Mehdiyeva vurğulayıb ki, iqlim dəyişmələri bu gün bəşəriyyəti narahat edən əsas problemlərdən biridir. Bu proses həm ətraf mühitə, həm də insanlara ciddi təsir göstərərək onların həyat şəraitinə və iş qabiliyyətinə mühüm təsir edən amil kimi qiymətləndirilir. O, həmçinin İnstitutda bu sahədə aparıla...

[21.11.2025]

Radiasiya Problemləri İnstitutunda akademik Yusif Məmmədəliyevin 120 i...

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda görkəmli alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sessiyanı giriş sözü ilə açan Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev çıxışında qeyd edib: “Hər bir xalqın taleyində elə adamlar olur ki, onların adı və irsi həmin xalqın elm və mədəniyyə...

[07.11.2025]

Radiasiya Problemləri İnstitutunda 8 Noyabr – Zəfər Gününün 5 illiyi m...

Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunda 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətindən danışıb. O bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə xalqımızın birliyi, ordumuzun gücü və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində mümkün olub. Bu zəfər həm də milli ruhun, dövlətçilik iradəsinin və vətənpərvərlik dəyərlərinin təntənəsidir. İslam Mustafayev çıxışında Prez...

[06.11.2025]

Radiasiya Problemləri İnstitutunun üç əməkdaşı 3-cü dərəcəli “Əmək” or...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə elm sahəsindəki xidmətlərinə görə Radiasiya Problemləri İnstitutunun (RPİ) üç əməkdaşı — AMEA-nın müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev, “Yarımkeçiricilərin radiasiya fizikası” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru professor Rəhim Mədətov və “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərd...

[31.10.2025]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın iclası keçirilib

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın iclası baş tutub. İclasda institutun illik hesabatı və əldə olunan mühüm elmi nəticələr təqdim olunub. Həmçinin, Dissertasiya Şuralarının fəaliyyəti barədə məlumat verilib və elmi-tədqiqat işlərinin icra vəziyyəti müzakirə olunub. Gələn il üçün doktoranturaya qəbul planı açıqlanıb. Radiokimya və radioprotektorlar laboratoriyasının müdiri, kimya elmləri doktoru Xəqani Məmmədovun professor elmi adı alması üçün təqdim olunmuş sənədlərə baxış komissiyasının rəyi müzakirəyə çıxarılıb. İclasda cari məsələlərə də toxunulub və müvafiq qərarlar qəbul e...

[29.10.2025]

Radiasiya Problemləri İnstitutunda növbəti Elmi Seminar keçirilib

Radiasiya Problemləri İnstitutunda növbəti Elmi Seminar baş tutub. Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru dosent Rəvan Mehdiyeva iştirakçıları salamlayaraq elmi seminarların məqsəd və əhəmiyyətindən danışıb.  Seminar çərçivəsində Ramil Əkbərov “Mikropikselli selvari radiasiya detektorlarında foto cərəyan gücləndirilməsinin fiziki mexanizmləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bu sahədə əldə olunmuş eksperimental və nəzəri nəticələr təqdim olunub. Tədbir iştirakçıları mövzu ilə bağlı suallarını səsləndirərək geniş müzakirələr aparıblar.  © Bütün hüquqlar qorunur....

[21.10.2025]

Radiasiya Problemləri İnstitutunun əməkdaşları 15-ci “Mobillik Qrantı”...

Azərbaycan Elm Fondu tərəfindən elan edilən 15-ci “Mobillik Qrantı” müsabiqəsi uğurla başa çatıb. Bu mərhələdə Radiasiya Problemləri İnstitutunun üç əməkdaşı təqdim etdikləri layihələrlə “Azərbaycan Elm Fondu qrant müsabiqəsi”nin qalibi adını qazanıblar. Fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova “Ətraf mühitdə (torpaq, su, çöküntü və s.) radioekoloji tədqiqatlar üçün nüvə analitik texnikaları” mövzusunda layihəsi ilə müsabiqədə iştirak edib və qrant qazanıb. Bu layihə çərçivəsində Ə.Mikayılova 1 ay müddətində Türkiyənin Ankara Universitetinin Nüvə Elmləri İnstitutunda elmi-tədqiqat...

[16.10.2025]

Radiasiya Problemləri İnstitutunda Müstəqilliyin Bərpası Gününə həsr o...

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev açaraq Azərbaycanın müstəqillik tarixindən, bu yolda göstərilən fədakarlıqlardan və dövlətçilik ənənələrindən danışıb. O bildirib: “Bu tarix ən şanlı səhifələrdən biridir – xalqımızın azadlıq uğrunda mübarizəsinin, milli iradəsinin və dövlətçilik əzminin təcəssümüdür. 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konsti...