İçindəki
Elanlar
FİZİKA İNSTİTUTU PHŞ DOKTORANTURA QƏBULU ELAN EDİR!
Hörmətli iddiaçılar,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu Publik Hüquqi Şəxsi 2026-cı tədris ili üçün Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya (əyani və qiyabi) qəbul elan edir.
Qəbul planına əsasən, institutumuzda fəaliyyət göstərən elmi istiqamətlər və ayrılmış yerlərin bölgüsü aşağıdakı kimidir:
Fəlsəfə Doktoru hazırlığı üzrə qəbul planı
| FİZİKA İNSTİTUTU PHŞ | ||||
|---|---|---|---|---|
| № | Kod | İxtisasın adı | Əyani | Qiyabi |
| 1 | 2203.01 | Elektronika | 1 | 1 |
| 2 | 2211.01 | Bərk cisimlər fizikası | 1 | 1 |
| 3 | 2212.01 | Nəzəri fizika | 1 | 1 |
| 4 | 2220.01 | Yarımkeçiricilər fizikası | 1 | 1 |
| 5 | 2222.01 | Nanoquruluşların fizikası və texnologiyası | 1 | 1 |
| 6 | 2223.01 | Kristalloqrafiya, kristallar fizikası | 1 | 1 |
| 7 | 2225.01 | Radiasiya materialşünaslığı | 2 | 2 |
| 8 | 2305.01 | Nüvə kimyası | 1 | - |
| 9 | 2418.01 | Radiobiologiya | - | 1 |
Qəbul şərtləri və tələb olunan sənədlər
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (magistratura pilləsini bitirmiş və ya təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
Tələb olunan əsas sənədlər:
1. İnstitut rəhbərinin adına ərizə;
2. Kadrlar uçotunun şəxsi vərəqi;
3. Tərcümeyi-hal;
4. 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
5. İş yerindən xasiyyətnamə (işləyənlər üçün);
6. Əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün);
7. Çap olunmuş elmi əsərlərin siyahısı (və ya seçilmiş ixtisas üzrə referat);
8. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun və diploma əlavənin müvafiq qaydada təsdiq olunmuş surətləri (xaricdə təhsil almış vətəndaşlar üçün diplomun tanınması haqqında şəhadətnamə);
9. Şəxsiyyəti təsdiq edən sənədin surəti.
İmtahanlar haqqında qısa məlumat
Doktoranturaya qəbul olmaq istəyənlər aşağıdakı fənlərdən qəbul imtahanları verirlər:
1. Xarici dil (Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir);
2. Fəlsəfə (Müvafiq qurum tərəfindən müəyyən edilmiş qaydada);
3. İxtisas fənni (Fizika İnstitutunda yaradılmış komissiya tərəfindən).
Qeyd: Sənədlərin qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. Portalın açılış və sənəd qəbulunun son tarixləri, həmçinin imtahan qrafikləri barədə əlavə məlumat rəsmi elan olunduqdan sonra səhifəmizdə yerləşdiriləcəkdir.
Ünvan: AZ1073, Bakı şəhəri, H.Cavid prospekti, 131
ELAN
15 aprel 2026-cı il tarixində saat 10:00-da Fizika İnstitutunun əsas binasının iclas zalında (3-cü mərtəbə) Ümumdünya Kvant Gününə həsr olunmuş seminar keçiriləcək.
Gündəlik:
“Asimmetrik GaAs kvant çuxurlarında işığın udulması”
Laboratoriya müdiri: Elçin Cəfərov
Arzu edən hər kəs seminarda iştirak etmək üçün dəvət olunur.

ELAN
Radiasiya Problemləri İnstitutu AMEA-nın 80 illiyinə və “8 Noyabr – Zəfər Günü”nün 5 illiyinə həsr olunmuş “İlin ən yaxşı elmi məqaləsi” müsabiqəsini elan edir.
AR ETN Radiasiya Problemləri İnstitutu AMEA-nın 80 illiyinə və “8 Noyabr – Zəfər Günü”nün 5 illiyinə həsr olunmuş
“İlin ən yaxşı elmi məqaləsi” müsabiqəsini elan edir.
Müsabiqədə 35 yaşadək institut əməkdaşları və gənc tədqiqatçılar iştirak edə bilərlər. Məqalələr son 3 il ərzində elmi jurnallarda dərc olunmuş olmalıdır.
Qaliblər Elmi Şura tərəfindən müəyyən ediləcək. Diplom və həmçinin Institutun Həmkarlar İttifaqı tərəfindən mükafatla təltif olunacaqlar.
Məqalələrin qəbulu üçün son tarix:
07 Noyabr 2025
Elektron sənəd qəbulu:
alimammadov999@gmail.com; guliyevanarmin.1991@gmail.com
ELAN
31.05.2024-cü il tarixində saat 1400-da Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Zaur Əflatun oğlu Mənsimovun FD 1.22 Dissertasiya şurası nəzdində 2305.01–«Nüvə kimyası» ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “(RaO)x(SiO2)y+H2O SİSTEMİNDƏ GEDƏN RADİASİYA KİMYƏVİ PROSESLƏRİN TƏDQİQİ” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcək.
Onlayn qoşulma zoom platforması üzərindən olacaq.
https://us02web.zoom.us/j/9148940687?pwd=N1RqdHdtYkxtTzZqQStzWXQ0bGpSUT09
Konfransın identifikatoru: 914 894 0687
Giriş kodu: amea2021
ELAN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu 15-25 iyun 2024-cü il tarixlərində yay imtahan sessiyasında aşağıdakı ixtisas fənlərindən doktorluq və fərq imtahanları keçirəcəkdir.
1) 2225.01 – Radiasiya materialşünaslığı (fizika üzrə, kimya üzrə)
2) 2305.01 – Nüvə kimyası
3) 2226.01 – Radioekologiya
Ümumi kimya fənni
Ümumi fizika fənni
ELAN
15.05.2024-cü il tarixində saat 1500-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun dissertantı Aygün Namiq qızı Nəsibovanın 2406.01 – “Biofizika” ixtisası üzrə “Abşeron yarımadası üçün xarakterik bəzi canlı sistemlərdə maqnit xassələrinin yaranmasında stres amillərinin təsir mexanizmləri” mövzusunda elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
Online qoşulma zoom platforması üzərindən olacaq.
https://us06web.zoom.us/j/3779114129?pwd=IO5CYyUQ5s1uINbSk4sKkI2wswbaL6.1
Konfransın identifikatoru: 377 911 4129
Giriş kodu: x6efhD
ELAN
14.03.2024-cü il tarixində saat 1400-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Nüvə Təqdiqatları Departamentinin (əvvəlki adı: Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC) doktorantı f.ü.f.d. Qadir Səttar oğlu Əhmədovun 2207.01–“Atom və Nüvə fizikası” ixtisası üzrə “QEYRİ - STABİL NÜVƏLƏRİN BÖLÜNMƏSİ ZAMANI BAŞ VERƏN NADİR NÜVƏ PROSESLƏRİNİN TƏDQİQİ” mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin ixtisaslaşdırılmış müdafiə şurasında müzakirəsi keçiriləcəkdir.
Onlayn qoşulma Zoom platforması üzərindən olacaq.
https://us02web.zoom.us/j/6458329711?pwd=bUhHamR4d2J4d1pxNFRlTFBqVENTUT09&omn=86123223772
Konfransın identifikatoru: 645 832 9711
Giriş kodu: TuYd7f
ELAN
5 mart 2024-cü il tarixində saat 1000-da Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçiriləcəkdir.
Seminarın mövzusu: Yeraltı laboratoriyalarda Radon Problemi (The Radon Problem in Underground Labs.)
Seminar Çexiya Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunun əməkdaşları Dr. F. Məmmədov və Dr. M. Holik tərəfindən aparılacaqdır.
Bu sahədə tədqiqat aparanlar və mütəxəssislər seminarda iştiraka dəvət olunurlar.
ELAN
15.02.2024-cü il tarixində saat 1400-da Radiasiya Problemləri İnstitutunun dissertantı Samirə Məhərrəm qızı Qəhrəmanovanın 2225.01 - "Radiasiya materialşünaslığı" ixtisası üzrə “QAMMA ŞÜALANMAYA MƏRUZ QALMIŞ TlS VƏ TlSe KRİSTALLARININ ELEKTRİK DAYANIQSIZLIĞININ TƏDQİQİ” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin ixtisaslaşdırılmış müdafiə şurasında müzakirəsi keçiriləcəkdir.
Online qoşulma zoom platforması üzərindən olacaq.
https://us06web.zoom.us/j/5661297538?pwd=8LwBdTLHMcAR24CF05xP5X2pW5Mcu8.1
Konfrans İD: 566 129 7538
Giriş kodu: 2K4Xzk
ELAN
14.02.2024-cü il tarixində saat 1100-da Radiasiya Problemləri İnstitutunun dissertantı Aygün Namiq qızı Nəsibovanın 2406.01 – “Biofizika” ixtisası üzrə “Abşeron yarımadası üçün xarakterik bəzi canlı sistemlərdə maqnit xassələrinin yaranmasında stress amillərinin təsir mexanizmləri” mövzusunda elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsinin elmi seminarı keçiriləcəkdir.
ELAN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qruplarında (bakalavriat) 2023/2024–cü tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!
Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün son müraciət tarixi – 16.01.2024-cü il, 23:59
Müsabiqə barədə ətraflı məlumatı linkə (https://shorturl.at/uwAV1) "Tədbirlər və elanlar" bölməsindən daxil olaraq əldə edə bilərsiniz.
ELAN
Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin magistratura səviyyəsində 2023/2024–cü tədris ilinin yaz semestrində müvafiq ixtisaslar üzrə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!
Müsabiqədə ən azı üç il ali təhsil pilləsində pedaqoji təcrübəyə və (və ya) sahə üzrə iş təcrübəsinə malik magistr və daha yüksək elmi dərəcəsi olan, tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə təhsilə, hərtərəfli biliyə və müasir ədəbiyyatla tanışlığa malik, mükəmməl səviyyədə İKT və innovativ tədris metodlarını tətbiq edən, eyni zamanda müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran, geniş dünya görüşü və SABAH qruplarında müvafiq fənni tədris etməsi üçün xüsusi motivasiyası olan namizədlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün son müraciət tarixi – 16.01.2024-cü il, 23:59
Müsabiqə barədə ətraflı məlumatı linkə (https://shorturl.at/byU18) "Tədbirlər və elanlar" bölməsindən daxil olaraq əldə edə bilərsiniz.
Qeydiyyatınızı tamamladıqdan sonra sənədlərinizin (şəxsiyyət vəsiqəsi, diplomlar və onların nostrifikasiyası, pedaqoji və iş təcrübəsi ilə bağlı müvafiq arayış və ya əmək kitabçası, sertifikat, CV) surətlərini master_teacher@sabah.edu.az ünvanına göndərməyiniz tələb olunur.



