İçindəki
Konfranslar
23–25 noyabr 2011-ci il tarixlərində "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" adlı IV Beynəlxalq Konfrans keçirilmişdir.
1–2 iyun 2011-ci il tarixlərində Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş "Alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin perspektivləri" adlı III Respublika Konfransı keçirilmişdir.
1–2 iyun 2010-cu il tarixlərində AMEA-nın müxbir üzvü A.A.Qəribovun 60 illik yubileyinə həsr edilmiş "Radiasiya və ətraf mühit" mövzusunda II Respublika Konfransı keçirilmişdir.
3–5 noyabr 2009-cu il tarixlərində AMEA Radiasiya Problemləri İnstitutunun yaradılmasının 40 illik yubileyinə həsr edilmiş "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" adlı II Beynəlxalq Konfransı keçirilmişdir.
10–12 dekabr 2008-ci il tarixlərində Akademik Mahmud Kərimovun anadan olmasının 60 illiyinə həsr olunmuş "Nüvə enerjisinin gələcəyin enerji təminatında rolu" mövzusunda I Beynəlxalq Konfransı keçirilmişdir.
14–17 oktyabr 2008-ci il tarixlərində Ankarada Türkiyə Atom Enerjisi Kurumu ilə birlikdə "Nüvə elmləri və onun tətbiqləri" mövzusunda V Beynəlxalq Avroasiya konfransı keçirilmişdir.
5–7 dekabr 2007-ci il tarixlərində Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Abşeron Yarımadasının radioekoloji durumuna Neft-Qaz İstehsalının təsiri" mövzusunda I Respublika Konfransı keçirilmişdir.
31 oktyabr-3 noyabr 2006-cı il tarixlərində RPİ-nin Türkiyə Atom Enerjisi Kurumu ilə birlikdə "Nüvə elmi və onun tətbiqləri" mövzusunda IV Beynəlxalq Avroasiya Konfransı keçirilmişdir.
26–29 sentyabr 2005-ci il tarixlərində Qazaxstanın Almatı şəhərində Radiasiya Problemləri İnstitutu Qazaxstan Nüvə İnstitutunun Milli Nüvə Mərkəzi ilə birlikdə «Nüvə və radiasiya fizikası» adlı V Beynəlxalq Konfransını keçirmişdir.
22–25 noyabr 2005-ci il tarixlərində Avropa komissiyasının F6 Çərçivə Proqramı üzrə «Neftin nəqlinin ətraf mühitə təsiri» mövzusunda konfransı keçirilmişdir.
Magistral Neft kəmərlərinin Ətraf mühitə təsiri. Aİ-2005
15–17 iyun 2004-cü il tarixlərində Bakı şəhərində Radiasiya Problemləri İnstitutu NATO-nun Mülkü Tədqiqatlar fondu ilə birlikdə «Terrorizm və nüvə təhlükəsizliyi məsələləri» mövzusunda konfrans keçirilmişdir.
Xəzəryanı ölkələrdə Radiasiya təhlükəsizliyi. NATO. 2003
Magistral neft kəmərlərinin ətraf mühitə təsiri. Dünya Bankı. 1997



