İçindəki
Struktur
"Radiokimya və radioprotektorlar" laboratoriyası
Tel.: (+994 12) 5384758
Faks: (+994 12) 5398318
Elektron poçt: xagani06@mail.ru
Struktur bölmənin rəhbəri: k.e.d., dos. Məmmədov Xaqani Fərzulla oğlu
İşçilərin ümumi sayı: 19
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
1. Radioaktiv maddələrin və ksenobiotiklərin ətraf mühit obyektlərində paylanması, radioaktiv şüaların ətraf mühitə təsiri və ksenobiotiklərin və təbii toksinlərin radiolitik çevrilmələri ilə əlaqəli radioekoloji problemlər, radiasiya təhlükəsizliyinin elmi əsasları.
2. Sulu məhlullarda, o cümlədən təbii radioaktiv izotopların iştirakı ilə gedən radiasiya-kimyəvi çevrilmələrin tədqiqi.
3. Radioizotoplarla çirklənmiş ətraf mühit obyektlərinin effektiv təmizlənmə üsullarının işlənib hazırlanması.
4. Aşağıfonlu ölçmələrdə və nüvə təbabətində istifadə edilən maddələrin ağır radionüklidlərdən yüksək tərtibdə təmizlənməsi üsullarının işlənməsi.
5. Radiasiya təhlükəsizliyinin elmi aspektləri, radioaktiv çirklənmə və ionlaşdırıcı şüaların canlılara təsiri, bu təsirlərdən müdafiə üsullarının işlənməsi.
6. Radiasiyaya qarşı orqanizmlərin davamlılığını artıran, şüa zədələnmələrində bərpaedici xassələr göstərən sintetik və təbii mənşəli bioloji aktiv kompozisiyaların alınması, tədqiqi və tətbiqi imkanlarının araşdırılması.
Struktur bölmənin əsas elmi nəticələri:
1. Ölkəmizin bütün rayonları ərazilərində radioekoloji vəziyyəti xarakterizə edən əsas faktorlar (su mənbələrinin, torpaq və bitki örtüyünün mineral kimyəvi tərkibi, həmçinin radionuklidlərlə, ksenobiotiklərlə, patogen mikroorqanizmlərin təbii toksinləri ilə çirklənmə), ətraf mühit obyektlərində aşkar olunmuş təbii radionuklidlərin miqdarı, paylanması və onların mövcud radioekoloji duruma təsiri tədqiq edilmişdir. Faydalı qazıntı yataqlarının istismarı, neft-qaz istehsalı proseslərindən, planetin periodik olaraq kosmik fəzanın radioaktiv toz buludlarından keçməsi zamanı və çirkləndirilmiş atmosfer havası cərəyanlarından torpaq səthinə çökmə prosesləri ilə ətraf mühitə yayılmış təbii radionüklidlərin su-miqrasiyası, translokasiyası və akkumulyasiyası, çirklənmiş local torpaq sahələrindən şüalanmanın ətraf ərazilərin ümumi radiasiya fonuna təsiri öyrənilmişdir. Bu lokal sahələrdə, həmçinin dağlarda və dağətəyi ərazilərdə təbii radionuklidlərin miqdarının nisbətən yüksək olması müəyyənləşdirilmişdir. Təbii radionuklidlərin münbit torpaq örtüyünün, yeraltı və yerüstü su mənbələrinin tərkib komponentlərinə və xassələrinə təsirləri öyrənilmiş və analitik təhlili aparılmışdır. Ölkəmizin əsas içməli su mənbələrində və qrunt sularında radionuklidlərin paylanmasının və miqdarının beynəlxalq normativlərin tələblərindən yüksək olmaması müəyyənləşdirilmişdir. Ölkədəki su mənbələrinin, torpaq və bitki örtüyünün mineral kimyəvi tərkibi, çaylarda, su hövzələrində, torpaq sahələrində və bitki örtüyündə radioaktiv elementlərin paylanması tədqiq edilmiş və nəticələr vahid kitabça-atlas şəklində dərc edilmişdir.
2. Sofora Japonica L., Juglans regia bitkilərindən rutin, kversetin, yuqlonun dəmir kompleksləri alınmış, şüalanmadan qoruyucu xassələrinin olması aşkarlanmışdır.
3. Aparılmış tədqiqatlarla Achillea nobilis, Crocus sativus L., Calendula officinalis bitkiləri ekstraktlarının və onların polivinilpirrolidonla modifikasiya edilmiş formalarının radioprotektor xassələrinin olması müəyyən edilmiş və onların radioprofilaktik məqsədlərlə istifadə edilmələrinin mümkünlüyü tövsiyə edilmişdir.
4. Modifikasiya edilmiş Zəncirotu (Taraxacum officinale), pitraq (Arctium lappa l.) və adi daziotu (Hypericum perforatum), gülümbahar (Calendula officinalis L.) fitokompozisiyalarının şüalanmadan qoruyucu təsirləri öyrənilmişdir.
5. n-[(2-metil-5-aminofenil)-4-(3-piridil)-2 pirimidina-min]nin metilpiperazinometil benzoilamid törəmə- sinin və onun sink kompleksinin sintez üsulları işlənmiş, radioqoruyucu xassələri öyrənilmiş, bitkiçilikikdə tətbiqinin mümkünlüyü tövsiyə edilmişdir.
"İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri" laboratoriyası
Tel.: (+994 12) 5387145
Faks: (+994 12) 5398318
Elektron poçt: farid-akhmedov@yandex.ru
Struktur bölmənin rəhbəri: f.e.d., dos. Əhmədov Fərid İbrahim oğlu
İşçilərin ümumi sayı: 5
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
Yüksək enerjiyə malık ionlaşdırıcı radiasiya şüalarının təsiri altında işləyə bilən yarımkeçirici heterostrukturların, Si əsasında selvari fotodiodların, selvari fototranzistorların, fotomüqavimətlərin tədqiqiı və xüsusiyyətlərinin öyrənilməsi. Bu strukturlar əsasında ionlaşdırıcı radiasiyanı qeyd edə bilən detektor, spektrometrlərin və dozimetrlərin hazırlanması.
Struktur bölmənin əsas elmi nəticələri:
Selvari fotodiodların dərin, səthi pikselli və fototranzistorlu quruluşları hazırlanmış və uğurla sınaqdan keçirilmişdir. Bununla yanaşı selvari fotodiodlarda selvari prosesin baş verməsini və həcmi yüklər oblastının müqavimətinin, tutumun, ifrat gərginliyin selvari diodların parametrlərinə təsirini düzgün ifadə edən yeni iterativ model işlənmışdir. Müəyyən edilmişdir ki, gücləndirmə əmsalı həcmi yüklər oblastının müqavimətindən asılı olaraq 2 dəfəyə qədər dəyişə bilər. Bu müqavimət azaldıqca gücləndirmə əmsalı artır. Yeni model Laser components və Zekotek firmasının fotodiodları ilə təcrübi olaraq yoxlanılmış və modelin doğruluğu təcrübi olaraq sübut edilmişdir.
Yeni hazırlanmış MSFD-3NM fotodiodların işləmə gərginliyi 17%, temperatur asılığı 34% qədər və qaranlıq cərəyanı 5 dəfə azaldılmışdır. Bununla yanaşı yeni fotodiodun gücləndirmə əmsalı 1.8 dəfə çox olmuşdur. Alınan nəticələr göstərmişdir ki, yeni hazırlanmış MSFD-3NM diodu əksər parametlərinə görə MSFD-3NK diodunu üstələyir və əksər təcrübələrdə uğurla tətbiq oluna bilər.
"Elektron Sürətləndiricisi" elmi-təcrübi şöbəsi
Tel.: (+994 12) 5383544
Faks: (+994 12) 5398318
Elektron poçt: askeraliabiyev@hotmail.com
Şöbənin rəhbəri: f.r.e.d., prof. Abiyev Əsgər Əli Qulam oğlu
İşçilərin ümumi sayı: 3
Əsas fəaliyyət istiqamətləri:
Elektron sürətləndiricisinin istismarı və nasazlıqların aradan qaldırılması;
Şüalandırma ilə əlaqədar təcrübələrin aparılmasında sifarişçilərə məsləhətlər vermək və onlara bu işlərdə kömək etmək.
"Layihələndirmə-Konstruktor" şöbəsi
Tel.: (+994 12) 5393391
Faks: (+994 12) 5398318
Elektron poçt: vx5357484@gmail.com
Şöbənin rəhbəri: f.-r.e.n. Xudaverdiyev Vüqar Hüseyin oğlu
İşçilərin ümumi sayı: 3
Əsas fəaliyyət istiqamətləri:
Tədqiqat və araşdırmaların aparılması. Müştərilərə təcrübələr və cihazlar barədə məsləhət vermək. Texniki tətbiqetmələrin dizaynında kömək. Yeni layihələrin axtarışı, qrantlarda iştirak, əməkdaşlığın təşkili və inkişafı.
"Qamma şüalandırma" kompleksi
Tel.: (+994 12) 3760255
Struktur bölmənin rəhbəri: Ələsgərov Əzizbala Mirzəbala oğlu
İşçilərin ümumi sayı: 9
Əsas fəaliyyət istiqamətləri:
İzotop mənşəli şüa mənbələrinin istismarı və nasazlıqlarının aradan qaldırılması;
Materialların qamma şüalandırılması ilə əlaqədar təcrübələrin aparılmasında sifarişçilərə məsləhətlər vermək və onlara bu işlərdə kömək etmək.
Əsas elmi nəticələri:
Təqdim olunan tədqiqat obyektlərinin qamma şüalanmasının aparılması.
“İnnovativ tədqiqatlar” qrupu
Elektron poçt: nmq.heydarov91@gmail.com
Struktur bölmənin rəhbəri: Heydərov Namiq Novruz oğlu
İşçilərin ümumi sayı: 4
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
Yeni nəsil innovativ cihaz və qurğuların işlənməsi və hazırlanması
Struktur bölmənin əsas elmi nəticələri:
- Respublikamizın sərhəd zastavalarında istifadə oluna bilən “Sipər” qurğusu.
- Dağ-mədən, geoloji kəşfiyat və keçilməz yerlərdən yol çəkilməsi işlərində tətbiq oluna bilən, uzaq məsafədən trotillərin partladılmasını idarə edən qurğu.
- Yer səthinin distant radioloji monitorinqini aparmaq üçün üzərinə qamma detector qoşulmuş kvadrokopter.
"Beynəlxalq əlaqələr" şöbəsi
Tel.: (+994 12) 5383224
Faks: (+994 12) 5398318
Elektron poçt: radiasiya@irp.science.az, interproj-irp@yandex.ru
Şöbənin rəhbəri: Mehdiyeva Kubə İlqar qızı
İşçilərin ümumi sayı: 6
Struktur bölmənin əsas fəaliyyəti istiqamətləri:
İnstitutun elmi istiqamərtlərinə uyğun beynəlxalq informasiyanın əldə olunması, yayılması, xarici ölkələrin müvafiq elmi mərkəzləri və beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması, elmi-tədqiqat işləri üzrə layihələrin hazırlanması, texnologiyaların transferinin aparılması, konfrans, seminar və treninqlərin təşkili.
Struktur bölmənin gördüyü işlər:
UETM, SRDF, FP7, EİP və s. təşkilatların qrantları haqqında informasiya institut əməkdaşlarına çatdırılmış, layihələrin hazırlanıb göndərilməsi təşkil edilmişdir. İnstitut əməkdaşlarının məqalə, tezis və başqa materiallarının tərcümə işləri aparılmışdır. Beynəlxalq və yerli konfrans, seminar, treninglər barəsində informasiya əldə edilmiş, işlənmiş və institut əməkdaşlarına çatdırılmışdır. AMEA RPİ-nin təşkilati dəstəyi ilə bir sıra beynəlxalq və respublika konfranslarının kecirilməsi təşkil edilmişdir.
RPİ haqqında informasiya (İPF) - buklet və institutun innovasiya texnologiyaları üzrə TPF-lər hazırlanmış və Ukrayna Elmi Texniki Mərkəzinin dəstəyi ilə "Science Opportunities in Azerbaijan" və "Materials and coatings for extreme environments" jurnallarında dərc edilmiş, beynəlxalq saytlarda yerləşdirilmişdir.
2013-cü ildən AMEA RPİ-nin beynəlxalq jurnalı ildə 2 dəfə olmaqla nəşr edilir, beynəlxalq indeks alınıb, beynəlxalq elmi mühitə yayılır.



