RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

AMEA-nın müxbir üzvü Adil Qəribov “Elmdə Ad” mükafatına layiq görülüb

[11.03.2013]
Böyük Britaniyanın “Krallığın Direktorlar İnstitutu”nda 11 aprel 2013 tarixində keçiriləcək Beynəlxalq Sokrat mərasiminin «ACHIEVEMENTS 2013» təqdim etdiyi “Elmdə Ad” beynəlxalq mükafatı 2012-ci ildə elmi fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə müxtəlif ölkələrdən olan gorkəmli elm xadimləri və təşkilatlara təltif ediləcək. AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, k.e.d., prof. A.A.Qəribov bu tədbirdə iştirak etmək üçün dəvət olunub. O, “Sokrat“ adına nominasiya komitəsinin “Elmdə Ad” Fəxri mükafatına və tituluna layiq görülüb