RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

AR ETN-in Radiasiya Problemləri İnstitutunda elmi Şuranın iclası keçirilib

[07.02.2025]

2025-ci il fevralın 7-də Elm Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

İclası giriş sözü ilə İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev açmış və gündəlikdə duran məsələləri şura üzvlərinin nəzərinə çatdırmışdır. Biologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Aygün Nəsibovanın və Kadrlar şöbəsinin müdiri Lətifə Qocayevanın Yubileyləri qeyd olunub, onlara işlərində uğurlar arzulanıb. Səmərəli fəaliyyətinə görə biologiya üzrə fəlsəfə doktoru Nərmin Quliyevaya rəhbərlik tərəfindən  təşəkkür elan olunmuşdur və yeni sədr vəzifəsinə seçilmiş Əli Məmmədov  elmi Şuraya təqdim edilmişdir.

Alternativ enerji növləri, Polimerlərin radiasiya kimyası və texnologiyası Laboratoriyalarının fəaliyyətləri və inkişaf perspektivləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilmişdir. İnstitutun İcraçı direktoru dosent Rəvan Mehdiyeva İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin elan etdiyi elmi mükafatın şərtləri və nəşr olunan “J. Radiation Researches” jurnalının inkişaf etdirilməsi barədə öz fikirlərini və təkliflərini səsləndirdi. Elmi Katib SCOPUS və WoS bazalarında nəşr olunan məqalələrə görə əlavə mükafatın ödənilməsi şərtləri və İnstitutda bu şərtləri ödəyən alimlərin siyahısını təqdim etmişdir.

Sonda İnstitutda əmək və icra intizamının möhkəmləndirilməsi, Elmi Şuranın tərkibinin qismən dəyişdirilməsi məsələlərini müzakirə etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.