İçindəki
Struktur
"Enerjitutumlu radiasiya prosesləri" laboratoriyası
Tel.: (+994 12) 4383224
Faks: (+994 12) 5398318
Elektron poçt: hokman.mahmudov@gmail.com, hokman@mail.ru
Struktur bölmənin rəhbəri: k.e.n., dos. Mahmudov Hökmən Mövəcət oğlu
İşçilərin ümumi sayı: 11
Struktur bölmənin əsas fəaliyyət istiqaməti:
- Enerjitutumlu proseslər; hidrogen enegetikası, karbohidrogenlərin çevrilməsi, izomerləşməsi və ətraf mühütin sağlamlaşdırılmasında yüksək texnologiyaların (radiasiya-foto kimyəvi və dielektrik boşalma) tətbiqi və istehsalata çıxış yollarının araşdırılması.
- Karbon dioksidin (CO2) utilizasiyası: radiasiya, fotokatalitik, yüksək gərginlikli dielektrik boşalma texnologiyalarının tətbiqi ilə parnik qazlarının emissiyalarının azaldılması və məhsula çevrilməsi,
- Radiasiya texnologiyalarının tətbiqi ilə homo və hetero fazalarda aşağı qaynama temperaturlu üzvi yanacaqların çevrilməsi, izomerləşməsi və kimya sənayesi üçün xammal bazasının yaradılması;
- nano-katalizator səthində su, su məhlulu və karbohidrogen qarışıqlarının radiolizindən ekoloji təmiz hidrogen qazının alınması,
- katalizatorların səth effektlərinin artırılması, regenerasiyası və ətraf mühitin sağlamlaşdırılması.
Struktur bölmənin əsas elmi nəticələri:
1. Müxtəlif mühitlərdə və müxtəlif udulan doza gücündə nano ölçülü katalizator səthi üzərində su və karbohidrogenlərin daha dərin parçalanmasının kinetikası tədqiq edilmiş və uyğun mexanizmlər müəyyənləşdirilmişdir. Götürülən ilkin maddənin fiziki-kimyəvi xassələrindən asılı olaraq ionlaşdırıcı şüaların udulma doza miqdarının optimal qiymətləri müəyyənləşdirilmişdir.
2. Fotokimyəvi texnologiyaların tətbiqi əsasında qaz qarışığı məhsullarının radiasiya və fotokimyəvi təmizlənmə, çevrilmə kinetikası tədqiq edilmiş və uyğun mexanizmi müəyyənləşdirilmişdir. Alinmiş kinetik asilılıqlar əsasinda prosesin başa çatma müddəti, udulan şüa intensivliyindən asılı olaraq sistemin təmizlənmə dərəcəsi və digər texniki parametrlər hesablanmışdır.
3. Oksigen mühitində katalizatorlar yüksək gərginlikli dielektrik boşalma qurğusunda (YGDEBQ) işləndikdə səthdə davamlı aktiv oksid mərkəzləri yaranması və onların yuxarı temperaturlarda davamlılığı müəyyən edilmişdir. Axın reaktorunda ∆T=380÷420oC temperatur intervallarında modifikasiya olunmuş katalizatorlar səthində heksan-oksigen qarışığından yaranan maye məhsuların həcmi 1.6 və orta molekul (izo və oksidli birləşmələr üçün) çəkisi 1.2 dəfə artmış olur.
4. Axın şəraitində YGDBQ-də udulan enerjinin P≤140 kC/kq (udulan doza D≤140 kGy) qiymətində karbon dioksid qazının aktivləşərək suda həll olması, 0,1%-li CaO məhlulunda həll olaraq CaCO3-ın çevrilməsinin kinetik asılıqları tədqiqi edilmiş və iqdisadi səmərələliyi hesablanmışdir.



