İçindəki
Elanlar
FİZİKA İNSTİTUTU PHŞ DOKTORANTURA QƏBULU ELAN EDİR!
Hörmətli iddiaçılar,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu Publik Hüquqi Şəxsi 2026-cı tədris ili üçün Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya (əyani və qiyabi) qəbul elan edir.
Qəbul planına əsasən, institutumuzda fəaliyyət göstərən elmi istiqamətlər və ayrılmış yerlərin bölgüsü aşağıdakı kimidir:
Fəlsəfə Doktoru hazırlığı üzrə qəbul planı
| FİZİKA İNSTİTUTU PHŞ | ||||
|---|---|---|---|---|
| № | Kod | İxtisasın adı | Əyani | Qiyabi |
| 1 | 2203.01 | Elektronika | 1 | 1 |
| 2 | 2211.01 | Bərk cisimlər fizikası | 1 | 1 |
| 3 | 2212.01 | Nəzəri fizika | 1 | 1 |
| 4 | 2220.01 | Yarımkeçiricilər fizikası | 1 | 1 |
| 5 | 2222.01 | Nanoquruluşların fizikası və texnologiyası | 1 | 1 |
| 6 | 2223.01 | Kristalloqrafiya, kristallar fizikası | 1 | 1 |
| 7 | 2225.01 | Radiasiya materialşünaslığı | 2 | 2 |
| 8 | 2305.01 | Nüvə kimyası | 1 | - |
| 9 | 2418.01 | Radiobiologiya | - | 1 |
Qəbul şərtləri və tələb olunan sənədlər
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (magistratura pilləsini bitirmiş və ya təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
Tələb olunan əsas sənədlər:
1. İnstitut rəhbərinin adına ərizə;
2. Kadrlar uçotunun şəxsi vərəqi;
3. Tərcümeyi-hal;
4. 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
5. İş yerindən xasiyyətnamə (işləyənlər üçün);
6. Əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün);
7. Çap olunmuş elmi əsərlərin siyahısı (və ya seçilmiş ixtisas üzrə referat);
8. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun və diploma əlavənin müvafiq qaydada təsdiq olunmuş surətləri (xaricdə təhsil almış vətəndaşlar üçün diplomun tanınması haqqında şəhadətnamə);
9. Şəxsiyyəti təsdiq edən sənədin surəti.
İmtahanlar haqqında qısa məlumat
Doktoranturaya qəbul olmaq istəyənlər aşağıdakı fənlərdən qəbul imtahanları verirlər:
1. Xarici dil (Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir);
2. Fəlsəfə (Müvafiq qurum tərəfindən müəyyən edilmiş qaydada);
3. İxtisas fənni (Fizika İnstitutunda yaradılmış komissiya tərəfindən).
Qeyd: Sənədlərin qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. Portalın açılış və sənəd qəbulunun son tarixləri, həmçinin imtahan qrafikləri barədə əlavə məlumat rəsmi elan olunduqdan sonra səhifəmizdə yerləşdiriləcəkdir.
Ünvan: AZ1073, Bakı şəhəri, H.Cavid prospekti, 131



