İçindəki
Xəbərlər
Fizika İnstitutunda beynəlxalq əməkdaşlıq istiqamətində görüş keçirilib
7 iyul 2026-cı il tarixində Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də institutun Beynəlxalq Əməkdaşlıq sektoru ilə Kimya İnstitutu PHŞ-in Beynəlxalq Əməkdaşlıq sektoru arasında görüş keçirilib. Görüşdə Fizika İnstitutunun Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri Kubə Mehdiyeva, baş mütəxəssis Rüstəm Rüstəmov, mütəxəssisi Aynur Rəsulova, Kimya İnstitutunun Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri Natiq Salahov və baş mütəxəssisi Araz Dövlətov iştirak ediblər.
Görüş zamanı Fizika İnstitutu ilə Kimya İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Tərəflər beynəlxalq əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin hazırlanması, beynəlxalq qrant proqramlarında iştirak, elmi tədbirlərin təşkili və qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşün sonunda əməkdaşlığın daha da inkişaf etdirilməsi və nəzərdə tutulan fəaliyyətlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi barədə razılıq əldə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.






