RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika institutunda elmi seminar keçirilib

[06.04.2026]

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Bursa Uludağ Universitetinin Fizika fakültəsinin professoru Ayşəgül Kahraman qonaq olub və professor Ayşəgül Kahramanın iştirakı ilə elmi seminar keçirilib.

Professor Ayşəgül Kahraman çıxışı zamanı təmsil etdiyi universitetin elmi-tədqiqat potensialı, müasir laboratoriya infrastrukturu və aparılan aktual layihələr barədə ətraflı məlumat təqdim edib. Bildirilib ki, Bursa Uludağ Universiteti həm yerli, həm də beynəlxalq səviyyədə müxtəlif layihələrdə fəal iştirak edir. Bu layihələr sırasında materialşünaslıq və radiasiya texnologiyalarını əhatə edən MURaD və RadFET layihələri, eləcə də beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən HSAFE layihəsi xüsusi qeyd olunub.

Seminarın əsas məqsədi iki elmi qurum arasında əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, birgə elmi-tədqiqat işlərinin təşkili və gələcəkdə birgə layihələrin hazırlanması perspektivlərinin müzakirəsi olub. Tədbir çərçivəsində tərəflər arasında elmi əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsi və ortaq layihələr vasitəsilə innovativ nəticələrin əldə olunmasının vacibliyi vurğulanıb.

Seminar zamanı institutun əməkdaşları ilə geniş fikir mübadiləsi aparılıb, əməkdaşları maraqlandıran suallar cavablandırılıb, gələcəkdə birgə elmi tədqiqatların aparılması, müştərək qrant layihələrinin hazırlanması və gənc tədqiqatçıların mübadilə proqramlarına cəlb edilməsi istiqamətində konkret təkliflər səsləndirilib. Tərəflər həmçinin müasir elmi avadanlıqlardan birgə istifadə imkanlarını da müzakirə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.