RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika İnstitutunda elmi seminar keçirilib.

[30.04.2026]

30 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də elmi seminar keçirilib. Seminarı institutun elmi seminarının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva açıb və müzakirə olunan elmi mövzunu seminar iştirakçılarının diqqətinə çatdırdıqdan sonra sözü məruzəçiyə verib.

Seminarda institutunun “Nəzəri fizika və kvant informatikası” laboratoriyasının baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Şakir Məmməd oğlu Nağıyev “Fiziki vakuum haqqında” mövzusunda çıxış edib. Mövzü ətrafında ətraflı müzakirə aparılıb və verilən sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.