RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika İnstitutunda İnnovasiya və Texnologiyaların Transferi Ofisi ilə laboratoriya əməkdaşları arasında görüş keçirilib

[08.06.2026]

08 iyun 2026-cı il tarixində Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu PHŞ-də “İnnovasiya və Texnologiyaların Transferi Ofisinin” (TTO) əməkdaşları ilə “Amorf materialların fizikası və elektronikası” laboratoriyasının əməkdaşları arasında görüş keçirilib.

Tədbirdə çıxış edən TTO-nun rəhbəri Namiq Heydərov ofisin fəaliyyət istiqamətləri barədə iştirakçılara qısa məlumat verib.

Daha sonra “Amorf materialların fizikası və elektronikası” laboratoriyasının rəhbəri, fizika elmləri doktoru Rəhim Əkbərov rəhbərlik etdiyi laboratoriyanın elmi fəaliyyət istiqamətləri, əldə olunmuş nəticələr və onların praktiki tətbiq imkanları barədə təqdimatla çıxış edib.

Təqdimatdan sonra iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı laboratoriyada əldə edilən elmi-texniki nəticələrin tətbiqi üçün perspektivli istiqamətlər müəyyənləşdirilib. Eyni zamanda, innovativ həllərin müxtəlif istehsal və texnologiya sahələrində tətbiq perspektivləri ətrafında müzakirələr aparılıb.

Görüşün yekununda əldə olunan nəticələr və müəyyən edilmiş fəaliyyət istiqamətləri qeydiyyata alınaraq gələcək əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üçün ilkin fəaliyyət çərçivəsi formalaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.