İçindəki
Xəbərlər
Fizika İnstitutunda İnnovasiya və Texnologiyaların Transferi Ofisi ilə laboratoriya əməkdaşları arasında silsilə görüşlər davam edir
17 iyun 2026-cı il tarixində Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu PHŞ-də “İnnovasiya və Texnologiyaların Transferi Ofisinin” (TTO) əməkdaşları ilə “Bərk cisim elektronikası və rezonans hadisələri” laboratoriyasının əməkdaşları arasında görüş keçirilib. Görüşdə laboratoriya tərəfindən əldə olunmuş son elmi nailiyyətlər və onların praktiki tətbiq imkanları geniş müzakirə edilib.
İclası giriş sözü ilə açan İnnovasiya və TTO-nun rəhbəri Namiq Heydərov sektorun fəaliyyəti ilə bağlı laboratoriya əməkdaşlarını məlumatlandırıb, bu cür görüşlərin tədqiqatlara göstərəcəyi dəstəkdən bəhs edib. Sonra “Bərk cisim elektronikası və rezonans hadisələri” laboratoriyasının müdiri, dosent Qurban Eyyubov rəhbərlik etdiyi bölmədə aparılan fundamental tədqiqatların ümumi istiqamətləri, əldə olunan mühüm nəticələr və laboratoriyanın elmi potensialı barədə ətraflı məlumat verib.
Daha sonra laboratoriyanın baş elmi işçisi, akademik Cavad Abidinov geniş təqdimatla termoelektrik effektlər sahəsində həyata keçirdikləri elmi-praktiki işləri diqqətə çatdırıb. O, təqdimatında işin mahiyyəti, innovativ xüsusiyyətləri, müasir elektronika və texnologiya sahələrində tətbiq perspektivləri, həmçinin bu elmi məhsulun kommersiyalaşdırılma potensialı barədə dolğun məlumat verib.
Texnoloji Transfer və P.H.S. ofisinin əməkdaşları təqdim olunan işi yüksək qiymətləndirərək, layihənin patentləşdirilməsi, müəlliflik hüquqlarının qorunması, eləcə də potensial investorlar və sənaye müəssisələrinə təqdim olunması üçün zəruri marketinq və hüquqi dəstəyin göstərilməsinə hazır olduqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.








