İçindəki
Xəbərlər
Fizika İnstitutunda İnnovasiya və Texnologiyaların Transferi Ofisi ilə laboratoriya əməkdaşları arasında silsilə görüşlər davam edir
19 iyun 2026-cı il tarixində Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də “İnnovasiya və Texnologiyaların Transferi Ofisinin” (TTO) əməkdaşları ilə “Maqnit materiallarda rezonans spektroskopiyası” laboratoriyasının əməkdaşları arasında görüş keçirilib. Görüş zamanı laboratoriyada aparılan tədqiqat işləri barədə ətraflı məlumat təqdim olunub.
İclası giriş sözü ilə açan İnnovasiya və Texnologiyaların Transfer Ofisinin rəhbəri Namiq Heydərov sektorun fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb, bu cür görüşlərin elmi tədqiqatların inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Daha sonra “Maqnit materiallarda rezonans spektroskopiyası” laboratoriyasının müdiri, f.ü.f.d. Zakir Seyidov rəhbərlik etdiyi laboratoriyada aparılan tədqiqatların ümumi istiqamətləri, ferrit materialların tətbiq sahələri və eyni zamanda hidrogen detektorlarının hazırlanması istiqamətində həyata keçirilən ilkin tədqiqatlar barədə məlumat verib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və bu cür görüşlərin institut daxilində elmi fəaliyyətin güclənməsinə, qarşılıqlı əməkdaşlığın inkişafına və innovativ yanaşmaların təşviqinə mühüm töhfə verdiyi qeyd olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.










