RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

İnstitut aliminin rəhbərlik etdiyi tələbə və şagirdin elmi tədqiqat işi Avrasiya Patent Universiadasında III yerə layiq görülüb

[30.03.2021]

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika elmləri doktoru, dosent Mətanət Mehrabovanın rəhbərliyi ilə Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi Zərifə Əhmədzadə və Bakı Avropa Liseyinin 11-ci sinif şagirdi Elvin Əhmədzadənin apardıqları elmi tədqiqat işi “Biz N.Teslanın nəslindənik. Təbiətin bütün qanunları bizim əlimizdədir” kateqoriyası üzrə III yerə layiq görülüb.