RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

İqlim dəyişmələrinə aid kitabça nəşr olunub

[15.08.2025]

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “İqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirləri” Layihəsi çərçivəsində “Ruzgar” Ekoloji İctimai Birliyi kitabça dərc etdirib.

“İqlim dəyişmələrinin yumşaldılması və alternativ energetika” adlı kitabçada qlobal iqlim dəyişmələri, tendensiyalar, Azərbaycan ərazisində spesifik xüsusiyyətlər, iqlim dəyişmələrinin təsiri altında baş verən təbii hadisələr, habelə onların insanların sosial-iqtisadi vəziyyətinə və ətraf mühitə təsiri haqqında məlumatlar verilir. Ölkəmizin İsmayıllı, Şəki, Zaqatala, Qax və digər rayonlarında iqlim dəyişmələrinin təsiri altında baş verən təbii hadisələr və onlara qarşı mübarizə yolları haqqında məlumat verilib.

İqlim dəyişmələrinin mitiqasiya tədbiri kimi karbon emissiyalarının azaldılması tədbirindən, bu barədə ölkəmizin İqlim dəyişmələri üzrə BMT Konvensiyası, Paris Anlaşması və digər beynəlxalq sənədlər üzrə öz üzərinə götürdüyü öhdəliklər işıqlandırılıb. İqlim dəyişmələrinə aid mitiqasiya tədbiri kimi energetika sektorunda, xüsusilə ev təsərrüfatlarında günəş və külək enerjisindən istifadə yollarından bəhs edilir.

İqlim dəyişmələri barədə COP29 tədbirinin nəticələri, “İqlim fəaliyyəti həftəsi” haqqında məlumatlar da kitabçaya daxil edilib.

Maarifləndirmə məqsədilə hazırlanmış kitabça kütləvi tirajla nəşr olunmuş, “Ruzgar” Ekoloji İctimai Birliyinin tədbirlərində iştirakçılara paylanacaq, kitabxanalara veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.