RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin birgə tədbirlər plani təsdiqlənib

[07.05.2021]

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, FTEB-in Elmi şurasının sədri, akademik Rasim Əliquliyev Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə AMEA-nın və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə Tədbirlər planı haqqında məlumat verib.