RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Radiasiya Problemləri İnstitutunda “20 Yanvar faciəsi”nin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

[17.01.2025]

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda 1990-cı ildə Vətənin azadlığı, müstəqilliyi uğrunda canını qurban verənlərin əzəz xatirəsi hörmət və etiramla yad edilmişdir.

“20 yanvar faciəsi”nin 35-ci ildönümünə həsr edilmiş yiğincaqda Azərbaycan Respublikasının himni səslənmiş, 20 yanvar, eləcə də Qarabağ uğrunda döyüşlərdə şəhid olan insanların əziz xatirəsi bir dəqiqilik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru AMEA-nın m.ü. İ.Mustafayev bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı ən qəddar cinayətlərdən biri baş vermişdir.Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”kimi həkk olunan o gecədən bizi tam 35 il ayırır. “20 yanvar faciəsi”nə aparan yol xəritəsini addım-addım yada salan İ. Mustafayev bu faciənin canlı şahidləri olan institut əməkdaşlarını bir-bir təqdim etmiş, bu qanlı hadisədən 4 il sonra  ümummilli lider cənab H.Əliyevin hadisəyə siyasi qiymət verdiyini xatırlatmışdır.

35 il bundan öncə çox gənc olan institutun əməkdaşı Hökmən Mahmudov 19-dan 20-nə keçən gecəni yenidən hamının gözü qarşısına gətirmiş, əli yalın insanlara qarşı “Qızıl Ordunun” tutduğu divandan, ertəsi gün isə əməkdaşların xəstəxanaları gəzərək faciədə yaralanan insanlara göstərdikləri qayğıdan söz açmışdır.

Daha sonra o qətl gecəsinə həsr edilmiş film nümayiş etdirilmiş, bütün institut əməkdaşları “Şəhidlər Xiyabanı”na yollanmışlar.

Bu faciə dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir.Bu hadisə Azərbaycan tarixində təkcə faciə deyil, eyni zamanda Azərbaycanın istiqlal yolunun ilk zirvəsi milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.“Topxana” məşəsində ağacların kəsilməsi , Qarabağda yaşayan milli azlıqların-ermənilərin torpaqlarımıza təcavüzü, Qərbi azərbaycanlıların Ermənistandan məcburi köçkün düşməsi azadlıq, müstəqillik uğrunda mücadiləni daha da alovlandırmış, bütün xalq ayağa qalxmışdı.

20 yanvar 1990-cı ildə şəhidlik zirvəsinə yüksəlməyi bacaran bu xalqın oğulları 2020-ci ildə Qarabağı erməni qəsbkarlarının işğalından azad etmək üçün Ali Baş Komandanın ətrafında birləşərək namümkünü mümkün etdilər. Müstəqilliyimiz, suverenliyimiz uğrunda bir daha şəhidlik zirvəsini fəth etdilər.

Bu xalqa, bu millətə eşq olsun. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.