RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Radiasiya Problemləri İnstitutunda doktorluq imtahanları başa çatıb

[19.06.2025]

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunda ixtisas fənnindən doktorluq imtahanları başa çatıb.

17–18 iyun 2025-ci il tarixlərində təşkil olunan imtahanlarda namizədlər “Nüvə kimyası”, “Radiasiya materialşünaslığı” (kimya üzrə), “Radiasiya materialşünaslığı” (fizika üzrə) və “Ümumi fizika” (fərq imtahanı) fənləri üzrə biliklərini nümayiş etdiriblər. İmtahanda ümumilikdə 12 namizəd iştirak edib.

Qeyd edək ki, institutda imtahanın keçirilməsi məqsədilə xüsusi komissiyalar yaradılıb. Komissiyalara institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev sədrlik edib. İ.Mustafayevin rəhbərliyi altında komissiya üzvləri namizədlərin akademik biliklərini və tədqiqat bacarıqlarını qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.