RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Radiasiya Problemləri İnstitutunda görüş keçirilib

[22.01.2025]

22.01.2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutuna Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin 1-ci kurs tələbələri ilə görüş keçirilib.

İnstitutun icraçı direktoru, dosent Rəvan Mehdiyeva tələbələrə İnstitutun tarixindən, laboratoriyalarindan və onların fəaliyyətindən danışmışdır. İnstitutda aparılan elmi-tədqiqat işləri ilə tələbə və müəllim heyətini tanış etmişdir.

Seminarda İnstitutun İnnovativ tədqiqatlar qrupunun rəhbəri, elektronika üzrə mütəxəssis Namiq Heydərov tələbələrə Çoxfunksiyalı müxtəlif təyinatlı kvadrakopter tipli uçuş aparatı haqqında məlumat vermişdir.

Tələbələrə dronların hazırlanma texnologiyası, idarə edilməsi və tətbiq sahələri haqqında danışmışdır.

Sonda institutun əməkdaşı Xankişiyeva Rəna ətraf mühitə və dənizə atılan plastik tullantıların dəniz canlılarına, heyvanlara vurduğu zərərdən danışmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.