İçindəki
Xəbərlər
Radiasiya Problemləri İnstitutunda növbəti Elmi Seminar keçirilib
[29.10.2025]
Radiasiya Problemləri İnstitutunda növbəti Elmi Seminar baş tutub.
Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru dosent Rəvan Mehdiyeva iştirakçıları salamlayaraq elmi seminarların məqsəd və əhəmiyyətindən danışıb.
Seminar çərçivəsində Ramil Əkbərov “Mikropikselli selvari radiasiya detektorlarında foto cərəyan gücləndirilməsinin fiziki mexanizmləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə bu sahədə əldə olunmuş eksperimental və nəzəri nəticələr təqdim olunub.
Tədbir iştirakçıları mövzu ilə bağlı suallarını səsləndirərək geniş müzakirələr aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.









