RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib

[05.06.2025]

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun ümumi seminarında Haxıyeva Raisa Rafət qızının “TiC nanohissəciklərinin struktur və termik xassələrinə ionlaşdırıcı şüalanmanın təsiri” mövzusunda məruzəsi müzakirə olunub. 

Seminarı giriş sözü ilə açan  institutun icraçı direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva  iddiaçının təqdim etdiyi işin həm elmi yenilik baxımından, həm də beynəlxalq texnoloji çağırışlara cavab vermək baxımından aktual hesab olunduğunu vurğulayıb və mövzu ilə bağlı daha ətraflı çıxış etmək üçün sözü doktorant Raisa Haxıyevaya verib.

Doktorant R.R. Haxıyeva mövzu ilə bağlı çıxış edərək tədqiq etdiyi obyektin eksperimental metodları, məqsəd və vəzifələri, praktik baxımından tətbiq sahələri, bu işlə bağlı xaricdə çap olunan məqalələr haqqında seminar iştirakçılarına geniş məlumat verib.

Sonda mövzu ilə bağlı suallar və təkliflər səslənib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.