İçindəki
Xəbərlər
Radiasiya Problemləri İnstitutunda Novruz Bayramı şənliyi keçirilib
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Novruz Bayramı münasibətilə şənlik təşkil olunub.
Şənliyi giriş sözü ilə İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev açaraq qeyd etmişdir ki, Novruz Bayramı Yer kürəsinin böyük bir ərazisində 2500 ildən çox bir müddətdə qeyd olunmaqdadır. Son illər dövlətimiz tərəfindən torpaqlarımız üzərində suveren hüquqlarımız bərpa edildikdən sonra bu bayram ölkəmizdə daha böyük vüsətlə qeyd olunur. Radiasiya Problemləri İnstitutunun kollektivi də son illər Milli elmimizin inkişafına böyük töhvələr vermişdir və Bayrama böyük uğurlarla gəlmişdir.
Daha sonra şənliyi idarə etmək üçün söz İnstitutun icraçı direktoru, Qadınlar Şurasının sədri, dosent Rəvan Mehdiyevaya verilmişdir. R.Mehdiyeva Novruz ənənələrindən, ayrı-ayrı ölkələrdə onun keçirilmə özəlliklərindən bəhs etmiş, xalq yaradıcılığından, şairlərdən şer nümunələri gətirmişdir.
İnstitut əməkdaşları Novruza həsr etdikləri bədii yaradıcılıq nümunələrini bayram iştirakçılarına ərməğan etmiş, bayram mahnıları səslənmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.










