RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Radiasiya Problemləri İnstitutunda ukraynalı alimlə görüş keçirilib

[29.01.2020]

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) ukraynalı alimlə görüş keçirilib.

Görüşdə çıxış edən Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov qonağı salamlayıb və rəhbərlik etdiyi İnstitutun fəaliyyəti haqqında məlumat verib.

Sonra çıxış edən “Ukrayna-Azərbaycan Beynəlxalq Elm-Təhsil Mərkəzinin” (Joint Ukraine-Azerbaijan International Research and Education Center of Nanobiotechnology and Functional Nanosystems (JUAI-REC-NBFN)) Ukrayna tərəfdən rəhbəri, doktor Taras Kavetski səmimi qəbula görə İnstitut rəhbərliyinə təşəkkürünü bildirib ...