RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Radiasiya Problemləri İnstitutunda Zəfər Bayramına həsr olunmuş tədbir keçirilib

[07.11.2024]

AR ETN-in Radiasiya Problemləri İnstitutunda Zəfər Bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə İnstitutun bütün kollektivi iştirak etmişdir. İlk öncə Ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və azadlığı  uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

İclası giriş sözü ilə açan İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev 30 illik erməni işğalına  son qoymuş tarixi qələbəmizin əhəmiyyətindən danışmışdır. 44 günlük Vətən müharibəsində qazanılan qələbə milli bayramımız, qürur mənbəyimiz olmuşdur. Rəşadətli ordumuz dünya hərb tarixinə düşən bir qələbəyə imza atmışdır. Müzəffər Ali Baş Komandanımızın göstərişi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin sözlə ifadə edilə bilməyən şücaəti sayəsində  bir vaxtlar arzu və diləklərdə söylənilən “Qarabağ”yaramız sağaldı.

Daha sonra İnstitutun icraçı direktoru Rəvan Mehdiyeva II Qarabağ müharibəsinin tarixinə qısa səyahət edərək qələbə qazanmağımızın əsas amillərindən Azərbaycan xalqının əzmi, iradəsi, iqtisadi gücü, müasir ordusu və iqtidar xalq birliyindən söhbət açmış və tədbir iştirakçılarını bu tarixi gün münasibətilə təbrik etmişdir. Bu gün 8 Noyabr Azərbaycan tarixinə silinməz izlərlə yazılmış və tarixi ədalətin bərpa edildiyi “Zəfər Günüdür”. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması isə hərb tariximizin qızıl səhifəsi oldu və “Zəfər günü” kimi qeyd olunmağa başlandı. Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad edilməsi hərb tarixinə düşəcək hərbi əməliyyatlardan olmuşdur.

Bəli biz qürurla deyə bilərik ki, bu gün qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və qələbə sevincini yaşadan müzəffər ordumuza, şəhidlərimizə borcluyuq.

Vətən naminə canlarından keçən Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.