İçindəki
Xəbərlər
Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının Quba Qusar turu
[07.07.2025]
Radiasiya Problemləri İnstitutunun əməkdaşları İnstitutun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 2 günlük Quba-Qusar səfərində iştirak ediblər.
Səfərin məqsədi institut əməkdaşlarının istirahətini təmin etməklə yanaşı, bölgənin ekoloji mühiti və turizm potensialı ilə tanışlıq olub.
Ekskursiya çərçivəsində əməkdaşlar Qubada Macara Lake Park, Mountain Breeze, Çənlibel və Qusarda Şahdağ istirahət mərkəzlərini ziyarət edərək bölgənin füsunkar təbiəti və turizm imkanları ilə tanış olublar. Ekskursiyalar əməkdaşlar arasında müsbət əhval-ruhiyyə yaradıb və sosial əlaqələrini möhkəmləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.










