RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Radiasiya Problemləri İnstitutunun iştirak etdiyi konsorsium “Horizon” proqramı üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olub

[09.06.2023]

İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının alimlərinin hazırlayacağı yeni silisium əsaslı fotoelektron gücləndiricilərin tibbi qamma zondlarda tətbiqinin öyrənilməsi məqsədi ilə Avropa komissiyasının maliyələşdirdiyi HORIZON-MSCA-2022-SE-01 çağırışı üzrə təqdim edilən “Tibbi Qamma Zondu üçün Yeni Detektor Konsepsiyası” adlı layihə qalib elan olunmuşdur. Təqdim edilən layihə 6 iş paketi üzrə 48 ay müddətində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Layihə müddətində yeni fotodiodların hazırlanması-parametrlərinin təyin edilməsi, dəstəkləyici elektronika hissələrin hazırlanması-sınağı, detektor modulunun hazırlanması-sınağı nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi tibbi qamma zondları üçün kompakt ölçülü geniş enerji diapazonunda işləyən yeni detektor modullarının hazırlanması və onun parametrlərinə xarici təsirlərin öyrənilməsidir.