İçindəki
Xəbərlər
RPİ “Ağıllı Heyvandarlıq” sisteminin təqdimatını həyata keçirib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, institutun İnnovativ Tədqiqatlar Qrupunun rəhbəri Namiq Heydərov və qrupun proqramçı mühəndis Mustafa Kazımov Göygöl rayonunda yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbəri Mahir Hacıyevlə görüş keçiriblər.
Görüş zamanı institutlar arasında əməkdaşlıq müzakirə edilib. Həmçinin, RPİ-nin İnnovativ Tədqiqatlar Qrupunda hazırlanan heyvanlara nəzarət edən “Ağıllı Heyvandarlıq” sisteminin təqdimatı həyata keçirilib.
Bununla yanaşı, heyvanlara müasir texnologiyalar vasitəsilə nəzarət olunması və idarə edilməsi istiqamətində məsələlər müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.










