RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika İnstitutunda 28 MAY MÜSTƏQİLLİK GÜNÜ və QURBAN BAYRAMI münasibətilə tədbir keçirilib

[26.05.2026]

26 may 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu PHŞ-də 28 May – Müstəqillik Günü və müqəddəs Qurban Bayramı münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktor vəzifəsini icra edən, professor Elçin Hüseynov açaraq əməkdaşlıarı salamlayıb, xalqımızın tarixində mühüm əhəmiyyətə malik olan bu əlamətdar günlər münasibətilə institut kollektivini təbrik edib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Professor Elçin Hüseynov çıxışında bildirib ki, 28 May – Müstəqillik Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələrindən biridir. O qeyd edib ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli demokratik respublika kimi tarixə düşmüş, milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynamışdır. Direktor vurğulayıb ki, Azərbaycan xalqı müstəqillik ideallarına daim sadiq qalmış, dövlətçilik ənənələrini qoruyaraq bugünkü güclü və müasir Azərbaycanın qurulmasına nail olmuşdur.

Çıxış zamanı Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik strategiyasının Azərbaycanın inkişafında müstəsna rol oynadığı xüsusi qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirib, elm, təhsil və innovasiya sahələrində mühüm nailiyyətlər əldə edib.

Direktor çıxışında müqəddəs Qurban Bayramının mənəvi dəyərlərindən də bəhs edib. O bildirib ki, Qurban Bayramı insanlarda mərhəmət, birlik, həmrəylik və paylaşmaq kimi ali keyfiyyətləri təşviq edən müqəddəs bayramlardan biridir. Azərbaycan xalqının əsrlər boyu milli-mənəvi dəyərlərinə sadiq qaldığını qeyd edən Elçin Hüseynov ölkəmizdə tolerantlıq və humanizm ənənələrinin yüksək səviyyədə qorunduğunu vurğulayıb.

Tədbir çərçivəsində institut əməkdaşları, elmlər doktoru Təranə Nurubəyli, elmi işçi Bayram Xudayarov çıxış edərək müstəqil Azərbaycanın qazandığı uğurlardan, ölkəmizdə elmin və təhsilin inkişafı istiqamətində görülən işlərdən bəhs ediblər. Natiqlər Qurban Bayramı münasibəti ilə institut əməkdaşlarını təbrik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.