İçindəki
Xəbərlər
Fizika İnstitutunda İnnovasiya və Texnologiyaların Transferi Ofisi ilə laboratoriya əməkdaşları arasında silsilə görüşlər davam edir
24 iyul 2026-cı il tarixində Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də İnnovasiya və Texnologiyaların Transfer Ofisinin (TTO) əməkdaşları ilə “Akustooptika” laboratoriyasının əməkdaşları arasında növbəti görüş keçirilib.
İclası giriş sözü ilə laboratoriyanın professor Oktay Tağıyev açaraq laboratoriyanın əsas fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib. O, nadir torpaq elementlərinin lüminessensiya xassələrinin öyrənilməsi, bu materiallarda baş verən fiziki proseslərin mexanizmlərinin araşdırılması, Stoks və anti-Stoks lüminessensiya hadisələrinin tədqiqi, həmçinin aparılan elmi-tədqiqat işlərinin sənayedə tətbiq perspektivləri barədə məlumat təqdim edib.
Görüşün sonunda professor Oktay Tağıyev laboratoriyanın maddi-texniki bazası və rəhbərliyi ilə həyata keçirilən layihələr barədə məlumat verərək mövcud imkanları TTO əməkdaşlarına nümayiş etdirib.
Görüş zamanı laboratoriyanın əməkdaşları f.ü.f.d. Samir Əzizov və f.ü.f.d. Sevinc Əzimova əldə etdikləri patentlər və həyata keçirdikləri layihələr barədə geniş təqdimatla çıxış ediblər. Daha sonra laboratoriyanın əməkdaşı Gülnaz Daşdəmirova biometrik və bioloji materialların layihələndirilməsi, sintezi və yeni tətbiq sahələri haqqında məlumat verib.
TTO-nun rəhbəri Namiq Heydərov isə öz növbəsində ofisin fəaliyyət istiqamətləri, qarşıya qoyulan məqsədlər və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə iştirakçıları ətraflı məlumatlandırıb.
Görüş qarşılıqlı müzakirə və fikir mübadiləsi şəraitində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Görüş çərçivəsində elmi tədqiqatların praktiki tətbiqi, innovativ layihələrin inkişaf etdirilməsi və elmi nəticələrin sənayeyə transferi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.










