RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika İnstitutunda İnnovasiya və Texnologiyaların Transferi Ofisi ilə laboratoriya əməkdaşları arasında silsilə görüşlər davam edir

[17.07.2026]

17 iyul 2026-cı il tarixində Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də İnnovasiya və Texnologiyaların Transfer Ofisinin (TTO) əməkdaşları ilə “Elektrotexnika və yüksək gərginliklər fizikası” laboratoriyasının əməkdaşları arasında növbəti görüş keçirilib.

İclası giriş sözü ilə açan TTO-nun rəhbəri Namiq Heydərov iştirakçılara TTO-nun fəaliyyət istiqamətləri, əsas məqsədləri və elmi nəticələrin innovativ məhsullara çevrilməsi istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Daha sonra laboratoriyanın müdiri, fizika elmləri doktoru Təranə Nurubəyli iştirakçıları salamlayaraq laboratoriyanın fəaliyyət istiqamətləri haqqında geniş təqdimatla çıxış edib. O, laboratoriyada hər bir elmi əməkdaşın öz ixtisaslaşmış tədqiqat sahəsi üzrə fəaliyyət göstərdiyini vurğulayıb. Təqdimat zamanı kütlə spektrometri vasitəsilə element analizinin aparılması, transformator yağlarının analizi, eləcə də yüksək keyfiyyətli pambıq sortlarının yetişdirilməsi istiqamətində həyata keçirilən elmi tədqiqatlar iştirakçıların diqqətinə çatdırılıb.

Ardınca laboratoriyanın əməkdaşları f.ü.f.d., dosent Ülkər Səmədova və f.ü.f.d. İlhamə Zəkiyeva ətraf mühitin qorunması, enerjidən səmərəli istifadə, yeni funksional materialların sintezi və onların xassələrinin tədqiqi istiqamətində həyata keçirdikləri elmi-tədqiqat işləri barədə geniş təqdimatla çıxış ediblər.

Daha sonra laboratoriyanın əməkdaşı, f.ü.f.d., dosent Şəfəq Əhədzadə müxtəlif keramika fazalarına malik yarımkeçirici polimer əsaslı nazik təbəqəli kompozit varistorların hazırlanması, tədqiqi və tətbiq sahələri barədə ətraflı məlumat verib.

Görüş qarşılıqlı diskussiya və fikir mübadiləsi şəraitində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda TTO-nun rəhbəri Namiq Heydərov və laboratoriyanın müdiri Təranə Nurubəyli iştirakçılara təşəkkürlərini bildirərək bu cür görüşlərin elmi əməkdaşlığın genişlənməsinə, innovativ ideyaların təşviqinə və elmi nəticələrin sənayeyə transferi istiqamətində yeni imkanların yaradılmasına mühüm töhfə verdiyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.